Xüsusi tempratur və saxlama şəraiti tələb edən yüklər
Yanıcı və digər təhlükəli maddələrdən ibarət yüklər
AVTOMOBİL YOLU İLƏ YÜKDAŞIMA
Avtomobil (qurudan daşımacılıq) daşımacılığı ölkəmizdə və dünyada əvəzolunmaz xidmət sahəsidir. Hikmetoglu Transport olaraq Avropa və MDB-nin istənilən ölkəsindən,eləcə də Türkiyədən yüklərin Azərbaycana və eləcə də Azərbaycandan həmin ölkələrə avtomobil yolu ilə yüklərin daşınmasını həyata keçiririk.
Yükləmiş olduğumuz maşınların bir çoxunda təqib cihazı(naviqasiya) mövcuddur.Bununla da siz istənilən an internet vasitəsilə yüklərinizin harda olduğunu öyrənə bilərsiniz.Eləcə də soyuducu maşınlara quraşdırılmış izləmə cihazı soyuducu hissənin bütün yol boyu yükü hansı temperaturda daşıdığını göstərir.
Yanıcı maddələrin daşınması üçün ADR sertifikatlı maşınlardan istifadə etməklə təhlükəli yükləri heç bir zərər görmədən təyinat məntəqələrinə çatdırırq.
Qabaritli yüklərin daşınması üçün ən müasir nəqliyyat vasitələrindən istifadə edərək,böyük həcmli və ağır çəkili yüklərin daşınmasını həyata keçiririk.
HAVA YOLU İLƏ YÜKDAŞIMA
Havadan yük daşımacılığı sürətli və təsirli daşıma növüdür. Məhz bu yönü ilə hava nəqliyyatı beynəlxalq müştərilərə sürətli şəkildə öz məhsullarını əldə etməsinə kömək edir. Hikmetoglu Transport dünyanın bir çox ölkələriylə olan şirkətlərlə sıx əlaqəsiylə yükləriniz adreslərdən tam təhvil alınıb Azərbaycana çatdırılması və eləcə də Azərbaycandan həmin ölkələrə daşınmasını təmin edir.
DƏNİZ VƏ OKEAN YOLU İLƏ YÜKDAŞIMA
Hal-hazırda dünyada ən ucuz nəqliyyatı hesab edilən su nəqliyyatı Hikmetoglu Trasport şirkətinin başlıca olaraq təklif etdiyi xidmətlər sırasındadır.Biz dünyanın dəniz və okeana çıxışı olan istənilən ölkəsindən yüklərin konteyner və bulk gəmilər vasitəsilə daşımasını həyata keçiririk.Daşımalar Poti və Bandar-Abbas limanı və eləcə də Ələt limanı üzərindən həyata keçirilir.
Bulk gəmilər vasitəsilə biz sizlərin konteynerlərə sığmayan iri həcmli yüklərinizin daşınmasını həyata keçirə bilərik.
Poti və Bəndər-Abbas limanlarında daima hazır olan maşınlarımız gəmi çatdıqdan sonra dərhal yüklərinizi təhvil alaraq Azərbaycan ərazisinı çatdırılmasını təmin edir.
Dəmiryolu nəqliyyatı yüklərin kütləvi şəkildə uzaq məsafələrə sürətli və ucuz daşınması ilə fərqlənən nəqliyyat vasitəsidir.Şirkətimiz Azərbaycanla dəmiryolu vasitəsilə bağlantısı olan bütün ölkələrdən yüklərin daşınmasını həyata keçirir.Əlavə olaraq yüklərin limanda və ya adresdə təhvil alınması,vaqonlara yüklənmə və digər sənədləşmə işlərini də müştərilərimizə təklif edirik.
QRUP HALINDA YÜKDAŞIMA
Qrup halında yükdaşıma müştərilərimizə kiçik yüklərin daşınmasında büdcələrinə qənaət etmək üçün uyğun bir vasitədir. Dünyanın bir çox ölkələrində yerləşən istifadə etdiyimiz anbarlar vasitəsilə Azərbaycana yüklərin qrup halında daşınmasını həyata keçiririk.Bu növ yüklərin daşınmasında yük maşınları və konteynerlərdən istifadə edirik.
ANBAR
İstifadə etdiyimiz anbarlar 24 saat kamera nəzarəti altındadır və daima mühafizə olunur.Yüklərin anbara boşaldılması və yüklənməsi peşəkar komanda tərəfindən həyata keçirilir.
Satıcının öhtəlikləri,- malı, müqavilə şərtlərinə uyğun olaraq təqdim etməli,lazimi lisenziaların və icazələrin alınmasında yardım etməli.
Mal göndərilənədək, onun məhvi, zədələnməsi ilə bağlı risklər satıcının üzərinə düşür.
Alıcı malın dəyərini ödəməli və bütün daşınma və sığorta xərclərini və risklərini daşımalıdır.
FCA
FCA – Free Carrier Main carriage unpaid.
Əsas daşıma xərci ödənilmişdir (...göstərilmiş təyinat limanı) İxrac üçün gömrük vergi və rüsumları ödənilmiş, mal alıcının göstərdii yerdə, onun təyin etdiyi daşıcıya təhvil verır.
FAS
FAS – Free Alongside Ship
Gəmi göyərtəsi boyunca mal göstərilmiş yüklənmə limanında gəminin göyərtəsi boyunca düzüldükdən sənra malın satıcı tərəfindən göndərildiyini bildirir.
FOB
FOB – Free on Board. Franko-göyərtədə
Mal gəminin tutacağından göyərtəsinə ötürüldükdən sonra onun satıcı tərəfindən göndərildiyi bildirilir
CFR
CFR – Cost and Freight. Main carriage paid
Dəyər və fraxt. Əsas daşıma xərci ödənilmişdir (...göstərilmiş təyinatlimanı) Yüklənmə limanında gəminin tutacağından göyərtəsinə ötürüldükdən sonra. Satıcı malın təyinat limanına çatdırılması üçün zəruri olan bütün xərcləri və fraxtı ödəməlidir. Lakin, mal göndərildii andan etibarən onun məhvi (zədələnməsi) və diqar hadisələr nəticəsində başverən xərclər alıcının üzərinə keçir.
CIF
CIF – Cost, Insurance and Freight. Dəyər, Sığorta və Fraxt
Satıcı həmçinin sığorta müqaviləsini minimal məbləğə bağlayır.
CPT
CPT – Carriage Paid To
Daşınma haqqı ...dək ödənilmişdir. (...göstərilmiş təyinatyeri) Satıcı malı özü təyin etdiyi daşıyıcıya (dəmir ya avtomobil yolları, dəniz ya hava yolları ilə). Mal göndərilikdən sonra bütün risklər alıcıya kecir.
CIP
CIP – Carriage and Insurance Paid To.
Daşınma və Sığorta ödənilmişdir.Mal əlavə sığortalanır.