Xidmətlərimiz - Hikmetoglu Transport

Go to content

Main menu:

DAŞINACAQ YÜKLƏRİN NÖVÜ
  • Standart yüklər
  • Qeyri standart yüklər
  • Qrup halında yüklər
  • Qabaritli yüklər
  • Xüsusi tempratur və saxlama şəraiti tələb edən yüklər
  • Yanıcı və digər təhlükəli maddələrdən ibarət yüklər
AVTOMOBİL YOLU İLƏ YÜKDAŞIMA
Avtomobil (qurudan daşımacılıq) daşımacılığı ölkəmizdə və dünyada əvəzolunmaz xidmət sahəsidir. Hikmetoglu Transport olaraq Avropa və MDB-nin istənilən ölkəsindən,eləcə də Türkiyədən yüklərin Azərbaycana və eləcə də Azərbaycandan həmin ölkələrə avtomobil yolu ilə yüklərin daşınmasını həyata keçiririk.
Yükləmiş olduğumuz maşınların bir çoxunda təqib cihazı(naviqasiya) mövcuddur.Bununla da siz istənilən an internet vasitəsilə yüklərinizin harda olduğunu öyrənə bilərsiniz.Eləcə də soyuducu maşınlara quraşdırılmış izləmə cihazı soyuducu hissənin bütün yol boyu yükü hansı temperaturda daşıdığını göstərir.
Yanıcı maddələrin daşınması üçün ADR sertifikatlı maşınlardan istifadə etməklə təhlükəli yükləri heç bir zərər görmədən təyinat məntəqələrinə çatdırırq.
Qabaritli yüklərin daşınması üçün ən müasir nəqliyyat vasitələrindən istifadə edərək,böyük həcmli və ağır çəkili yüklərin daşınmasını həyata keçiririk.
HAVA YOLU İLƏ YÜKDAŞIMA
Havadan yük daşımacılığı sürətli və təsirli daşıma növüdür. Məhz bu yönü ilə hava nəqliyyatı beynəlxalq müştərilərə sürətli şəkildə öz məhsullarını əldə etməsinə kömək edir. Hikmetoglu Transport dünyanın bir çox ölkələriylə olan şirkətlərlə sıx əlaqəsiylə yükləriniz adreslərdən tam təhvil alınıb Azərbaycana çatdırılması və eləcə də Azərbaycandan həmin ölkələrə daşınmasını təmin edir.
DƏNİZ VƏ OKEAN YOLU İLƏ YÜKDAŞIMA
Hal-hazırda dünyada ən ucuz nəqliyyatı hesab edilən su nəqliyyatı Hikmetoglu Trasport şirkətinin başlıca olaraq təklif etdiyi xidmətlər sırasındadır.Biz dünyanın dəniz və okeana çıxışı olan istənilən ölkəsindən yüklərin konteyner və bulk gəmilər vasitəsilə daşımasını həyata keçiririk.Daşımalar Poti və Bandar-Abbas limanı və eləcə də Ələt limanı üzərindən həyata keçirilir.
Bulk gəmilər vasitəsilə biz sizlərin konteynerlərə sığmayan iri həcmli yüklərinizin daşınmasını həyata keçirə bilərik.
Poti və Bəndər-Abbas limanlarında daima hazır olan maşınlarımız gəmi çatdıqdan sonra dərhal yüklərinizi təhvil alaraq Azərbaycan ərazisinı çatdırılmasını təmin edir.
KONTEYNER ÖLÇÜLƏRİ
DƏMİRYOLU İLƏ YÜKDAŞIMA
 
Dəmiryolu nəqliyyatı yüklərin kütləvi şəkildə uzaq məsafələrə sürətli və ucuz daşınması ilə fərqlənən nəqliyyat vasitəsidir.Şirkətimiz Azərbaycanla dəmiryolu vasitəsilə bağlantısı olan bütün ölkələrdən yüklərin daşınmasını həyata keçirir.Əlavə olaraq yüklərin limanda və ya adresdə təhvil alınması,vaqonlara yüklənmə və digər sənədləşmə işlərini də müştərilərimizə təklif edirik.
QRUP HALINDA YÜKDAŞIMA
Qrup halında yükdaşıma müştərilərimizə kiçik yüklərin daşınmasında büdcələrinə qənaət etmək üçün uyğun bir vasitədir. Dünyanın bir çox ölkələrində yerləşən istifadə etdiyimiz anbarlar vasitəsilə Azərbaycana yüklərin qrup halında daşınmasını həyata keçiririk.Bu növ yüklərin daşınmasında yük maşınları və konteynerlərdən istifadə edirik.
ANBAR
İstifadə etdiyimiz anbarlar 24 saat kamera nəzarəti altındadır və daima mühafizə olunur.Yüklərin anbara boşaldılması və yüklənməsi peşəkar komanda tərəfindən həyata keçirilir.
İNKOTERMS ŞƏRTLƏRİ
EXW – Ex Works Departure
Satıcının öhtəlikləri,- malı, müqavilə şərtlərinə uyğun olaraq təqdim etməli,lazimi lisenziaların və icazələrin alınmasında yardım etməli.
Mal göndərilənədək, onun məhvi, zədələnməsi ilə bağlı risklər satıcının üzərinə düşür.
Alıcı malın dəyərini ödəməli və bütün daşınma və sığorta xərclərini və risklərini daşımalıdır.
BİZƏ DAHA YAXIN OLUN
HAQQIMIZDA
XİDMƏTLƏRİMİZ
______________________________
______________________________
______________________________
Back to content | Back to main menu